Misirdə baş verən yol qəzasında 22 nəfər ölüb

Digər ölkələr
  • 28 dekabr, 2019
  • 19:06
Misirdə baş verən yol qəzasında 22 nəfər ölüb

Misirin qərbində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı azı 22 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Polisin məlumatına görə, Port-Səid rayonu ərazisində işçiləri daşıyan sərnişin avtobusu yük avtomobili ilə toqquşub. 

Hazırda hadisənin baş vermə səbəbi araşdırılır. 

Son xəbərlər

Bütün Xəbər Lenti