Misirdə 9 terrorçu məhv edilib

Digər ölkələr
  • 24 dekabr, 2017
  • 13:59
Misirdə 9 terrorçu məhv edilib

Bakı. 24 dekabr. REPORT.AZ/ Misirin təhlükəsizlik qüvvələri paytaxt Qahirənin şimalında 9 silahlını məhv ediblər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, təhlükəsizlik qüvvələri Şarkiyə vilayətindəki fermalardan birində terrorçu qrup haqqında məlumat əldə edib. Ekstremistlər polisə atəş açıblar. Hüquq-mühafizə orqanlarının cavab atəşi ilə 9 silahlı öldürülüb.

Bununla yanaşı, daha 9 silahlı Qahirə vilayətindəki reyd zamanı saxlanılıb.