Bakı. 13 sentyabr. REPORT.AZ/ Misirdə, Sinay yarımadasının şimalında İŞİD terror qruplaşmasının 8 silahlısı tayfalardan biri ilə toqquşmada öldürülüb
“Report” xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, toqquşmalar ekstremistlərin Rafah şəhərinin cənubundakı kəndlərdən birinin sakinlərindən vergi ödəməyi tələb etdikdən sonra baş verib.
Ət-Turabin tayfasının üzvləri terrorçuların tələblərinə rədd cavabı veriblər. Bundan sonra tərəflər arasında döyüş başlayıb. Nəticədə terrorçuların 8 silahlısı öldürülüb, 2 nəfər isə əsir düşüb.
Bədəvilərin itkiləri haqqında məlumat verilmir.