Bakı. 17 aprel. REPORT.AZ/ Ərəb dövlətləri koalisiyasının keçirdiyi əməliyyatda iştirak etmək üçün Misir prezidenti Əbdülfəttah əl-Sisi Yəmənə hərbi hava və quru qoşun qüvvələri göndərib.
"Report" Misirin rəsmi "MENA" agentliyinə istinadən xəbər verir ki, bu haqda Misir prezidenti Əbdülfəttah əs-Sisi bildirib.
Xəbərə görə, onlar Yəməndə husi qiyamçılarına qarşı mübarizə aparacaq. Məlumatda bildirilib ki, Misir Yəmənə başqa qoşun növü göndərəndə də ölkə prezidenti oxşar bəyantla çıxış edəcək.