Misir polisi Sinayda 14 silahlını məhv edib

Misir polisi Sinayda 14 silahlını məhv edib Misirin Daxili İşlər Nazirliyinin əməkdaşları Sinay yarımadasının şimalında 14 silahlını məhv edib.
Digər ölkələr
6 İyun , 2019 07:51
Misir polisi Sinayda 14 silahlını məhv edib

Misirin Daxili İşlər Nazirliyinin əməkdaşları Sinay yarımadasının şimalında 14 silahlını məhv edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilir.

Güman edilir ki, silahlılar güc strukturlarının Əl-Arişdəki postuna hücumda iştirak ediblər.

"Hücumçuların izlənilməsinin gedişatında silahlı qruplaşma üzvlərini əl-Msaid ərazisindəki evlərdən birində aşkarlamaq mümkün olub", - deyə nazirlikdən bildiriblər.

Silahlılar polis əməkdaşlarına atəş açıblar. Onlar cavab atəşi ilə məhv ediliblər. Silahlıların 14 ədəd silahı və 3 "şəhid kəməri" müsadirə olunub.

Qeyd edək ki, daha əvvəl Misirin hüquq-mühafizə orqanlarının 8 əməkdaşı silahlıların Əl-Ariş şəhəri ətrafındakı posta hücumu nəticəsində həlak olub. Cinayətkarlarla atışma zamanı həmçinin 5 silahlı da məhv edilib. 

Son xəbərlər

Orphus sistemi