Misir polisi 16 silahlını məhv edib

Misir polisi 16 silahlını məhv edib Onların əksəriyyəti Şimali Sinayda təhlükəsizlik qüvvələrinə hücum etmiş cinayətkarla əlaqəli şəxslərdir
Digər ölkələr
9 İyul , 2017 15:31
Misir polisi 16 silahlını məhv edib
Battlegroundblog.com

Bakı. 9 iyul. REPORT.AZ/ Misir polisi 16 silahlını zərərsizləşdirdiyini bildirib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, onların əksəriyyəti Şimali Sinayda təhlükəsizlik qüvvələrinə hücum etmiş cinayətkarla əlaqəli şəxslərdir.

Qeyd edək ki, Sinayda avtomobilin partladılması zamanı 2 polis əməkdaşı ölüb, daha 9 nəfər xəsarət alıb. İyulun 7-də iki nəzarət buraxılış məntəqəsinə hücum zamanı 23 hərbçi həlak olub.

Misirin Daxili İşlər Nazirliyi bilddirib ki, polis əməkdaşları İsmailiyədəki düşərgədə təlim keçərkən silahlılar onlara atəş açıb. Atışma zamanı 14 silahlı məhv edilib. Daha 2 silahlı isə Hizədəki atışmada öldürülüb.

Son xəbərlər

Orphus sistemi