Bakı. 28 Avqust. REPORT.AZ/ Misir məhkəməsi "İraq-Şam İslam Dövləti" terror qruplaşmasının (İŞİD) 12 üzvünü ölüm hökmünə məhkum edib.
"Report" xəbər verir ki, onlar polis əməkdaşları və hərbçilərə hücum etməyi planlaşdırıblar.
Müttəhimlərdən altı nəfəri həbsdədir, eyni zamanda digərləri hələ də azadlıqdadırlar. Müttəhimlər İŞİD üzvü olduqlarını və Misir polisi və ordusunun hərbçilərinə hücum planlaşdırdıqlarını etiraf ediblər.
Məhkəmə nümayəndəsinin məlumatına görə, hökm sentyabrın 12-də ölkənin şimalında yerləşən Şarkiya əyalətində keçiriləcək əlavə məhkəmə iclası zamanı təsdiq olunacaq və ya yüngülləşdiriləcək.