Bakı. 1 dekabr. REPORT.AZ/ Misir məhkəməsi İslam Dövlətini terrorçu təşkilat kimi tanıyıb.
"Report"un VOA-ya istinadən verdiyi məlumata görə, məhkəmə bu gün bildirib ki, hətta Ənsar Beyt Əl-Maqdis də daxil olmaqla İslam Dövləti ilə əlaqəsi olan bütün yaraqlı qruplar terrorçu təşkilat hesab ediləcək.
Xatırladaq ki, bu ayın əvvəlində Misirin cihadçı qrupu olan Ənsar Beyt Əl-Maqdis İslam Dövləti ilə alyans olduğunu bəyan etmişdi. Bu cihadçı qrup keçən il islamçı prezidenti Məhəmməd Mörsinin devrilməsindən sonra adətən Sinay yarımadasında Misir təhlükəsizlik qüvvələrinə qarşı hücumlar təşkil edir.
Bununla yanaşı, Suriya fəalları bildirir ki, dünən Kobanidə 50-dən çox İslam Dövləti yaraqlısı öldürülüb.