Misir hərbçiləri Sinayda iki terrorçunu məhv edib
Digər ölkələr
- 06 avqust, 2017
- 18:36
Bakı. 6 avqust. REPORT.AZ/ Misir hərbçiləri Sinay yarımadasında iki terrorçunu məhv edib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Hərbi Qüvvələrinin rəsmi nümayəndəsi Tamir ər-Rifai məlumat yayıb.
Ordu nümayəndəsinin sözlərinə görə, radikallar Qəza sektoru ilə sərhəddə, terrorçuların gizli tunelinin aşkarlanmasından sonra zərərsizləşdiriliblər.
Misir hökuməti artıq iki ildən çoxdur ölkənin şimalındakı Sinay yarımadasında, ekstremistlərin sığındığı çətin keçilən ərazilərdə antiterror əməliyyatları keçirir. Həmin regiondan mütəmadi olaraq ekstremistlərin yeni hücumları barədə məlumatlar daxil olur.
Son vaxtlar terrorçuların regionda fəaliyyəti nəticəsində yüzlərlə polis və hərbçi həlak olub.
Son xəbərlər
19:58
İsrail Ordusu Qəzzada HƏMAS-ın bölük komandirini zərərsizləşdirib
Digər ölkələr19:46
ABŞ Azərbaycan da daxil olmaqla 75 ölkənin vətəndaşları üçün immiqrant vizaları qadağasını ləğv edib
Digər ölkələr19:29
Foto
Azərbaycan karateçiləri İstanbulda beynəlxalq turnirdə iki gümüş medal qazanıblar
Fərdi19:14
Yaponiyada kimya zavodunda iki işçi huşsuz vəziyyətdə aşkarlanıb
Digər ölkələr18:52
Türkiyədə ağır yol qəzası olub, ölən və xəsarət alanlar var
Region18:35
CAREC və ADB Transxəzər marşrutunda Azərbaycan logistikasının rəqəmsal transformasiyası üçün tövsiyələr hazırlayıb
İKT18:26
"Yuventus" Kamil Qrabaranı "Volfsburq"dan icarəyə götürəcək
Futbol18:14
Foto
Özbəkistanla Azərbaycan arasında 5 sahədə əməkdaşlığı əhatə edən sənədlər imzalanıb
Biznes18:13