Yuxarı

​Misir hava limanlarındakı təhlükəsizliyə dair yeni qaydalar tətbiq edilib

Xarici mütəxəssislər ölkənin hava limanlarında təhlükəsizliyə nəzarət edə bilməyəcək

Bakı. 9 dekabr. REPORT.AZ/ Misir hakimiyyəti xarici mütəxəssislərə ölkənin hava limanlarında təhlükəsizliyə nəzarət etməyə icazə verməməyi düşünür.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

"Misir hava limanlarında təhlükəsizlik məsələlərinə ölkənin hakimiyyəti cavabdehdir. Bizim mülki aviasiya sahəsində qaydaları tənzimləyən xüsusi qurumlarımız, təhlükəsizlik üzrə ekspertlərimiz var. Onlar sizin ekspertlərlə hər iki tərəfi qane edəcək münasib variantı mizakirə edirlər", - Misirin Rusiyadakı səfiri Məhəmməd əl-Badri bildirib.

Diplomat Misir hakimiyyətinin diğər dövlətlərin ekspertləri ilə birgə ölkənin hava limanlarında vəziyyəti yaxşılaşdıracaq komissiyanın yaradılmasına hazır olduğunu bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi