Yuxarı

​Misirdə gəmi qəzası nəticəsində 11 nəfər həlak olub

Hadisə nəticəsində 23 balıqçı itkin düşüb

Bakı. 14 dekabr. REPORT.AZ/ Misirdə balıqçı və yük gəmisinin toqquşması nəticəsində 11 nəfər həlak olub.

"Report" xəbər verir ki, balıqçı gəmisinin göyərtəsində ümumilikdə 46 nəfər olub.

Məlumata görə, hadisə nəticəsində 23 balıqçı itkin düşüb, daha 11 nəfər isə xilas edilib.

Hazırda bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib. İtkin düşənlərin axtarışı davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi