Miqrantlar Neapol sahillərində Türkiyənin gəmisini ələ keçiriblər

Miqrantlar Neapol sahillərində Türkiyənin gəmisini ələ keçiriblər İtaliya Hərbi Dəniz Qüvvələrinin dənizçilərindən ibarət xüsusi dəstə Türkiyənin miqrantlar tərəfindən girov götürülən ticarət gəmisinin Neapol sahillərində buraxılmasında iştirak edir.
Digər ölkələr
10 İyun , 2023 01:36
Miqrantlar Neapol sahillərində Türkiyənin gəmisini ələ keçiriblər

İtaliya Hərbi Dəniz Qüvvələrinin dənizçilərindən ibarət xüsusi dəstə Türkiyənin miqrantlar tərəfindən girov götürülən ticarət gəmisinin Neapol sahillərində buraxılmasında iştirak edir.

"Report" xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Quido Krozetto deyib.

“İtaliya Hərbi Dəniz Qüvvələrinin xüsusi bölməsi Türkiyənin Neapol sularında 15 miqrant tərəfindən qaçırılan 22 ekipaj üzvü olan gəmisini azad edir”, - nazir bildirib.

“La Stampa” qəzetinin yazdığına görə, miqrantların milliyyəti və ələ keçirilməsinin təfərrüatları naməlumdur. Baxmayaraq ki, qəsbkarların silahlı olmasına dair sübutlar var. Nəşrin məlumatına görə, qanun pozucuları gəmidə gizlənə biliblər, daha sonra SOS siqnalı verərək ekipajı kabinəyə bağlayıblar.

Hadisə piratlıq kimi təsnif edilir.

Son xəbərlər

Orphus sistemi