Minskdə keçirilən "Normand formatı" danışıqlarının yekunlarına dair sənəd imzalanıb

Minskdə keçirilən "Normand formatı" danışıqlarının yekunlarına dair sənəd imzalanıb Fevralın 15 saat 00.00-dan Ukraynanın şərqində atəşkəs haqqında razılıq əldə olunub
Digər ölkələr
12 Fevral , 2015 13:40
Minskdə keçirilən Normand formatı danışıqlarının yekunlarına dair sənəd imzalanıb

Bakı. 12 fevral. REPORT.AZ/ Minskdə keçirilən "Normand formatı" danışıqlarının yekunlarına görə Minsk razılaşmalarının yerinə yetirilməsinə dair sənəd imzalanıb. "Report" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin danışıqların yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib. 

O qeyd edib ki, sənəd kontakt qrupu səviyyəsində imzalanıb. 

V.Putinin sözlərinə görə, danışıqların yekunlarına görə Fransa, Ukrayna, Rusiya prezidentləri və Almaniya kanslerinin münaqişənin həlli prosesinin dəstəklənməsi haqqında bəyanatları qəbul edilib. 

Fevralın 15 saat 00.00-dan Ukraynanın şərqində atəşkəs haqqında razılıq əldə olunub.

Xatırladaq ki, Fransa, Ukrayna, Rusiya prezidentləri və Almaniya kanslerinin iştirakı ilə "Normand formatında" danışıqlar Minskdə 14 saata yaxın davam edib. 

Son xəbərlər

Orphus sistemi