Milad yolkası bazar ertəsi ABŞ Prezidentinin Vaşinqtondakı iqamətgahına çatdırılıb.
"Report"un TASS-a istinadən verdiyi məlumata görə, o, ənənəyə görə, at arabasında gətirilib.
Ağ Evdə qarşıdan gələn bayramın əsas simvolunu ABŞ-ın birinci xanımı Cil Bayden qarşılayıb. "(Bu-red) ağac çox xoşuma gəlir", - o deyib.
Bu il Ağ Evdəki Milad yolkasının "funksiyalarını" Milad Yolkası İstehsalçıları Milli Assosiasiyasının 2019-cu ildə keçirilmiş müsabiqəsinin qalibi olmuş 20 yaşlı küknar yerinə yetirəcək.. Hündürlüyü 5,5 metrdən çox olan ağac Şiler ailəsinin fermasında böyüdüyü Pensilvaniyadan Vaşinqtona gətirilib.
“The Hill” xəbər verir ki, Şilerlər artıq ikinci dəfədir müsabiqədə qalib gəlir. Onların fermasının ağacları ilk dəfə 2000-ci ildə Milad bayramında Ağ Evi bəzəyib.
Happening now: First Lady Jill Biden welcomes the Official 2022 White House Christmas Tree. https://t.co/9EKtuqE6ZX