Kubanın Xalq Hakimiyyəti
“Report” xəbər verir ki, bu barədə “El Nuevo Herald” nəşri məlumat yayıb.
Səsvermədə Xalq Hakimiyyəti Milli Məclisinin 605 deputatından 575-i iştirak edib.
Səsvermənin yekun nəticəsinə əsasən Kuba Parlamentinin üzvləri Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Migel Dias-Kanel Bermudesi prezident seçib.
Xalq Hakimiyyəti Milli Məclisinin spikeri olmuş Estoban Laso Ernandes isə Dövlət Şurasının və Nazirlər Şurasının Sədri təyin edilib.
Qeyd edək ki, fevralın 24-də keçirilmiş referendumda 6,81 milyondan çox kubalı - ölkə əhalisinin səsvermə hüququ olan 73,3 faizi yeni konstitusiyaya səs veriblər.