Bakı. 20 iyul. REPORT.AZ/ "Microsoft" şirkətinin əməkdaşları 2018-ci ildə ABŞ Konqresində keçirilən aralıq seçkilərdə azı üç namizədin kompüter cihazlarına yönəldilmiş kiberhücumları aşkar ediblər və onların qarşısını alıblar.
"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə "Microsoft" şirkətinin istifadəçilərin təhlükəsizliyi üzrə vitse-prezidenti Tom Bert bildirib.
"Söhbət mövqeyinə görə casusluq və ya seçki prosesinin pozulması nöqteyi nəzərdən maraq kəsb edə biləcək şəxslərdən gedir", - T.Bert vurğulayıb.
O həmçinin qeyd edib ki, hücumlar mümkün qurbanın linkə basması ilə keçəcəyi saxta saytlarla edilib.
T.Bertin sözlərinə görə, kibercinayətkarların metodları ABŞ-ın xüsusi prokuroru Robert Müllerin 12 Rusiya vətəndaşını ittiham etdiyi haker hücumlarının taktikası ilə üst-üstə düşür.