Məşhur opera müğənnisi koronavirusa yoluxdu

Digər ölkələr
  • 30 mart, 2020
  • 07:42
Məşhur opera müğənnisi koronavirusa yoluxdu
Plasio Dominqo

İspaniyanın məşhur opera müğənnisi, 79 yaşlı Plasio Dominqo koronavirusa yoluxub.

“Report” “TASS”a istinadən xəbər verir, o, Meksikanın Akapulko şəhərindəki xəstəxanaya yerləşdirilib.

Müğənni martın 22-də infeksiyaya yoluxub. 

“Hərarətim var idi. Ona görə testdən keçdim və nəticəsi müsbət oldu”, - Plasio Dominqo bildirib.