Mərkəzi Afrikada hökumət ordusu ilə silahlılar arasında şiddətli toqquşma olub

Mərkəzi Afrikada hökumət ordusu ilə silahlılar arasında şiddətli toqquşma olub Mərkəzi Afrika Respublikasının cənubundakı Nqakobo şəhərində hökumət ordusu ilə silahlılar arasında şiddətli toqquşma olub.
Digər ölkələr
17 Dekabr , 2022 22:31
Mərkəzi Afrikada hökumət ordusu ilə silahlılar arasında şiddətli toqquşma olub

Mərkəzi Afrika Respublikasının cənubundakı Nqakobo şəhərində hökumət ordusu ilə silahlılar arasında şiddətli toqquşma olub.

"Report" xəbər verir ki, bu barədə "Corbeaunews" portalı məlumat yayıb.

Hökumət əleyhinə fəaliyyət göstərən “Dəyişiklik naminə vətənpərvərlər koalisiyası”nın silahlıları Nqakobo şəhərinə hücum ediblər, lakin şiddətli döyüşdən sonra geri çəkilmək məcburiyyətində qalıblar.

Tərəflərin itkiləri barədə məlumat yoxdur.

Hökumət qüvvələri hazırda strateji əhəmiyyətli Bambari şəhərindən 56 kilometr cənubda yerləşən Nqakoboya tam nəzarət edir.

Son xəbərlər

Orphus sistemi