Mərkəzi Afrika Respublikasında silahlılar 13 nəfəri öldürüb

Digər ölkələr
  • 02 avqust, 2023
  • 01:07
Mərkəzi Afrika Respublikasında silahlılar 13 nəfəri öldürüb

Mərkəzi Afrika Respublikasının şimal-qərbində silahlılar azı 13 nəfəri öldürüblər.

"Report" xəbər verir ki, bu barədə "Agence France-Presse" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Belə ki, 20 nəfərlik silahlı qrup Çadla sərhəddə yerləşən Diki kəndinə hücum edib.

Silahlılar kənd sakinlərinə atəş açıblar. Daha iki nəfər ağır xəsarət alıb.