Almaniya kansleri Angela Merkel Ukrayna prezidenti Vladimir Zelenski ilə Berlində keçirilən görüşdə havanın kəskin isti olması səbəbindən özünü pis hiss edib.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, Merkel bir dəqiqə ərzində qəfil gələn titrəyişi aradan qaldırmaq üçün dəfələrlə əllərinin vəziyyətini dəyişib.
Berlində bu gün, təxminən, 30 dərəcə istilik qeydə alındığından Merkelin bu vəziyyətə düşməsinə əlverişsiz hava şəraitinin səbəb ola biləcəyi güman edilir.
Qeyd edək ki, Zelenski iyulun 18-də Almaniya kansleri ilə görüşmək üçün Berlinə gedib.
***
Almaniya kansleri Angela Merkel Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdə özünü pis hiss etməsinə aydınlıq gətirib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki,
O, vəziyyətinin pisləşməsinə susuzluğun səbəb olduğunu bildirib.
"Bir neçə şüşə su içdim, özümü çox yaxşı hiss edirəm", - Merkel deyib.