Yuxarı
    Bağlamaq

    Almaniya və Fransa miqrant problemini müzakirə edəcəklər

    Fransa və Almaniya liderləri miqrant probleminin həlli istiqamətində səylərin birləşdirilməsinə çalışacaqlar

    Bakı. 24 avqust. REPORT.AZ/ Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel bu gün Berlində görəşərək Avropa İttifaqında yaşanan miqrant böhranı mövzusunu müzakirə edəcəklər. "Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, Fransa və Almaniya liderləri problemin həlli istiqamətində səylərin birləşdirilməsinə çalışacaq.

    Qeyd edək ki, Aİ sərhədlərində son aylar qaçqınlar daha da artıb. İyul ayında bu rəqəm rekord səviyyəyə - 107 500 nəfərə çatıb.

    Ötən ay Aİ ölkələri son iki ildə İtaliya və Yunanıstana gəlmiş 32 min sığınacaq axtaran şəxsləri qəbul etmək barədə qərar qəbul edib.

    Xatırladaq ki, 240 min miqrant bu il ərzində Aralıq dənizini keçərək İtaliya və Yunanıstan sahillərinə çatıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi