Bakı. 11 May. REPORT.AZ/ Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya qüvvələrinə daxil olan Mərakeşə məxsus F-16 tipli qırıcı təyyarə ötən axşam Yəmən ərazisində bir sıra obyektlərə zərbə endirdikdən sonra "yoxa çıxıb".
"Report"un Reuters agentliyinə istinadən verdiyi xəbərə əsasən, hadisə zonasında olan hərbi təyyarələrdən birisinin pilotu F-16-nin vurulduğunu bildirib. Lakin bu məlumat rəsmi olaraq təstiq edilməyib.
Mərakeşli pilotun aqibəti haqqında da heç bir məlumat yoxdur.