Bakı. 8 dekabr. REPORT.AZ/ Mərakeşin dövlət naziri Əbdüllah Baha dünyasını dəyişib.
"Report" xəbər verir ki, Baha Buznike yaşayış məntəqəsində parlamentari Əhməd Zaidinin öldüyü yerə baxarkən özü qatarın altında düşüb.
60 yaşlı nazir Mərakeşin Ədalət və İnkişaf Partiyası baş katibinin müavini vəzifəsini tuturdu.
İnsidentin təfərrüatları barədə məlumat yoxdur.