Meksikada yük və benzindaşıyan maşınlar toqquşub, ölənlər var

Meksikada yük və benzindaşıyan maşınlar toqquşub, ölənlər var Hər iki nəqliyyat vasitəsinin sürücüsü hadisə yerində yanıb
Digər ölkələr
28 Yanvar , 2017 05:35
Meksikada yük və benzindaşıyan maşınlar toqquşub, ölənlər var

Bakı. 28 yanvar. REPORT.AZ/ Cümə günü Meksikanın Miçoakan ştatının magistral yollarından birində 20 min litrlik yanacaq daşıyan avtomobil yük maşınına çırpılıb. Toqquşmadan sonra maşınlar yanıb və tamamilə məhv olub, onların sürücüləri hadisə yerində ölüblər.

"Report" xəbər verir ki, bu barədə regionun xilasetmə xidmətinin əməkdaşları məlumat yayıb.

Yanğının söndürülməsinə bir neçə yanğınsöndürən maşın cəlb olunub. Faciənin hansı səbəbdən baş verə biləcəyi barədə məlumat açıqlanmayıb.

Qəza baş verən ərazidə avtomobillərin hərəkətində bir neçə saat çətinlik yaranıb.

Son xəbərlər

Orphus sistemi