​Meksikada tanınmaz hala salınan 11 meyit aşkar edilib

​Meksikada tanınmaz hala salınan 11 meyit aşkar edilib Qətlə yetirilənlər 20-30 yaşlarında olan kişilərdir
Digər ölkələr
28 Noyabr , 2014 07:55
​Meksikada tanınmaz hala salınan 11 meyit aşkar edilib
Bakı. 28 noyabr. REPORT.AZ/ Meksika hakimiyyət orqanlarının məlumatına görə, ölkənin Qerrero ştatında tanınmaz vəziyyətdə olan 11 cəsəd aşkar edilib.

"Report" xəbər verir ki, hadisə yerində tapılan məktubdan aydın olub ki, öldürülənlər cinayətkar qruplaşmalar arasında münaqişənin qurbanı olublar.

Qətlə yetirilənlər 20-30 yaşlarında olan kişilərdir. Onların hamısı güllələnib, daha sonra bədənləri qismən yandırılıb və ya başları kəsilib, ardınca isə yolun kənarına atılıblar.

Öldürülənlərin şəxsiyyəti hələ müəyyən edilməyib.

Son xəbərlər

Orphus sistemi