Meksikada silahlı hücumlar zamanı 14 nəfər öldürülüb

Meksikada silahlı hücumlar zamanı 14 nəfər öldürülüb Meksikanın Tamaulipas ştatının Reynose şəhərinin müxtəlif ərazilərində baş verən silahlı hücumlar nəticəsində azı 14 nəfər həlak olub.
Digər ölkələr
20 İyun , 2021 15:02
Meksikada silahlı hücumlar zamanı 14 nəfər öldürülüb

Meksikanın Tamaulipas ştatının Reynose şəhərinin müxtəlif ərazilərində baş verən silahlı hücumlar nəticəsində azı 14 nəfər həlak olub.

Bu barədə “Report” “Universal” qəzetinə istinadən xəbər verir.

Bildirilir ki, cinayətkarlar şəhərdə bir neçə avtomobildə hərəkət ediblər. Hadisə ilə bağlı bir nəfər saxlanılıb, o, avtomobilin yük yerində iki girovu daşıyırmış.

Hücumlar zamanı daha üç nəfər yaralanıb.

Ölkənin təhlükəsizlik qüvvələri qətlləri araşdırır və cinayətkarların axtarışına başlayıb.

Son xəbərlər

Orphus sistemi