Bakı. 30 iyul. REPORT.AZ/ Bir qrup silahlı cinayətkar Meksikanın Sinaloa ştatının cənub hissəsində səkkiz nəfəri qətlə yetirib, onlardan beşinin başı kəsilib.
"Report" xəbər verir ki, bu barədə "Excelsior" xəbər portalı məlumat yayıb.
Hadisə ötən gecə Konkordiya bələdiyyəsinin ərazisində baş verib. Bildirilir ki, hücum qurbanlarının yeddisi bir ailənin üzvləri olub.