Meksikada polislərə hücum olub, ölənlər var

Digər ölkələr
  • 09 noyabr, 2019
  • 10:41
Meksikada polislərə hücum olub, ölənlər var

Meksikanın cənubundakı Oaxaka ştatının San Visente Koatlan yaşayış məntəqəsində naməlum şəxslərin bir qrup polisə hücumu nəticəsində 5 asayiş keşiklçisi ölüb, ikisi də yaralanıb.

“Report” xəbər verir ki, bu barədə ştat prokurorluğunun “Twitter” səhifəsində bildirilir.

Hadisə yerindən uzaqlaşan cinayətkarların yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.