Meksikada partlayış nəticəsində ölənlərin sayı 85-ə çatıb - YENİLƏNİB

Meksikada partlayış nəticəsində ölənlərin sayı 85-ə çatıb - YENİLƏNİB Bakı. 21 yanvar. REPORT.AZ/ Meksikada boru kəmərinin partlaması nəticəsində ölənlərin sayı 85 nəfərə çatıb.
Digər ölkələr
21 Yanvar , 2019 08:38
Meksikada partlayış nəticəsində ölənlərin sayı 85-ə çatıb - YENİLƏNİB

Bakı. 21 yanvar. REPORT.AZ/ Meksikada boru kəmərinin partlaması nəticəsində ölənlərin sayı 85 nəfərə çatıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu bazar günü ölkənin səhiyyə naziri Xorxe Alkoser deyib.

Onun sözlərinə görə, xəstəxanalarda 58 yaralı qalmaqdadır.


***10:37

Bakı. 20 yanvar. REPORT.AZ/ Meksikanın İdalqo ştatında boru kəmərinin partlaması nəticəsində ölənlərin sayı 76 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "El Universal" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Partlayış və güclü yanğın boru kəmərinin Tlauelilpana rayonu ərazisindən keçən hissəsində yerli sakinlər tərəfindən qanunsuz olaraq deşilən vaxt baş verib. Hadisə zamanı ərazidə 350 yerli sakin olub.

Bir sıra ölkələrin rəhbərləri ölənlərin yaxınlarna başsağlığı verib. ABŞ Meksika hökumətinə dəstək verməkdə və faciənin nəticələrinin aradan qaldırılmasına yardım etməkdə hazır olduğunu bildirib.

Daha əvvəl partlayış zamanı 66 nəfərin öldüyü xəbər verilib. 

Son xəbərlər

Orphus sistemi