Yuxarı
    Bağlamaq

    Meksikada minlərlə insan prezidentin istefası tələbi ilə aksiya keçirib

    Aksiyada hər hansı qarşıdurmaya rast gəlinməyib

    Bakı. 16 sentyabr. REPORT.AZ/ Meksikada minlərlə insan ölkə prezidentinin istefası tələbi ilə paytaxt küüçələrinə çıxıb.

    "Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, ölkənin müstəqillik günü ərəfəsində keçirilən etiraz aksiyasında bir neçə min insan iştirak edib.

    Onlar arasında Herrero ştatının İquala şəhərində 2014-cü ilin 26 sentyabrında itkin düşmüş 43 tələbənin valideynləri və tələbə yoldaşları da olub.

    "Cəmiyyət bu prezidentin hakimiyyəti dövründə baş verənlərdən təngə gəlib. Buna görə də biz öz narazılığımızı bildirirk" – deyə aksiyaçılardan biri "MVS Noticias" radiostansiyasına müsahibəsində bildirib.

    Meksikanın dövlət orqanları aksiyada 5 min nəfərin iştirak etdiyini açıqlayıb.

    Aksiyada etirazçıların polislə hər hansı qarşıdurması baş verməyib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi