Meksikada koronavirusa yoluxanların sayı 295,2 mini ötdü

Meksikada koronavirusa yoluxanların sayı 295,2 mini ötdü Son sutka Meksikada koronavirusa 6094 yoluxma aşkarlanıb.
Digər ölkələr
12 İyul , 2020 08:54
Meksikada koronavirusa yoluxanların sayı 295,2 mini ötdü

Son sutka Meksikada koronavirusa 6 094 yoluxma aşkarlanıb.

"Report" xəbər verir ki, bu barədə TASS ölkənin Səhiyyə nazirinin müavini Uqo Lopes-Qatellə istinadən məlumat yayıb.

Nazir müavini qeyd edib ki, bununla da koronavirusa yoluxanların ümumi sayı 295 268 nəfərə yüksəlib.

Qeyd edilir ki, ölkədə pandemiya qurbanlarının sayı artaraq 34 370 nəfərə çatıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi