Meksikada hərbi helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub

Meksikada hərbi helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus çoxməqsədli “Black Hawk” helikopteri şimal-qərb Sinaloa ştatında qəzaya uğrayıb.
Digər ölkələr
15 iyul 2022 23:28
Meksikada hərbi helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub

Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus çoxməqsədli “Black Hawk” helikopteri şimal-qərb Sinaloa ştatında qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub.

“Report” bu barədə “Televisa”ya istinadən xəbər verir.

Helikopterin tarlada qəzaya uğraması və yerə düşdükdən sonra tamamilə dağılması məlumdur. Telekanalın məlumatına görə, qəza zamanı helikopterin göyərtəsində olan 9 nəfərin hamısı həlak olub.

Hərbçilər məlumatı təsdiqləyib. Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, qəza zamanı 14 nəfər həlak olub. 

Hadisənin başvermə səbəbi barədə hələ məlumat daxil olmayıb.

Son xəbərlər

Orphus sistemi