Meksikada hərbçilərə silahlı hücum olub, 15 nəfər ölüb

Meksikada hərbçilərə silahlı hücum olub, 15 nəfər ölüb Meksikanın Herroro ştatında naməlum silahlı dəstənin hərbçilərə etdiyi hücum nəticəsində 15 nəfər öldürülüb.
Digər ölkələr
16 Oktyabr , 2019 08:20
Meksikada hərbçilərə silahlı hücum olub, 15 nəfər ölüb

Meksikanın Herroro ştatında naməlum silahlı dəstənin hərbçilərə etdiyi hücum nəticəsində 15 nəfər öldürülüb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin rəsmisi Roberto Alvares özünün “Facebook” səhifəsində yazıb.

“Silahlı şəxslər Müdafiə Nazirliyinin ordu bölməsinin hərbçilərinə hücum edib. Nəticədə bir hərbçi və 14 silahlı mülki şəxs öldürülüb”.

Yerli mətbuatın xəbərinə görə, hadisə yerinə Meksikanın Baş prokuroru Xorxe Barilla gəlib və insidentlə bağlı araşdırmanı özü aparır. 

Son xəbərlər

Orphus sistemi