Meksikada güclü zəlzələ baş verib

Meksikada güclü zəlzələ baş verib Meksikada 7,3 maqnitudalı zəlzələ baş verib.
Digər ölkələr
23 İyun , 2020 20:19
Meksikada güclü zəlzələ baş verib

Meksikada 7,3 maqnitudalı zəlzələ baş verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ ocağı 12 km dərinlikdə yerləşib. Zəlzələnin episentri isə təxminən 260 min insanın yaşadığı Oaxaka de Xuares şəhərindən (Oaxaka ştatı) 131 km cənub-şərqdə yerləşib.

“Reuters” xəbər verir ki, yeraltı təkanlar paytaxt Mexiko şəhərində də hiss olunub.

Son xəbərlər

Orphus sistemi