Meksikada boru kəmərində partlayış olub

Meksikada boru kəmərində partlayış olub Meksikada Mexiko şəhərinin Acolman bölgəsində qanunsuz dizel yanacağı boru kəmərinin bağlandığı yerdə güclü partlayış baş verib.
Digər ölkələr
16 Sentyabr , 2021 19:40
Meksikada boru kəmərində partlayış olub

Meksikada Mexiko şəhərinin Acolman bölgəsində qanunsuz dizel yanacağı boru kəmərinin bağlandığı yerdə güclü partlayış baş verib.

"Report" xəbər verir ki, bu barədə "Milenio" qəzeti öz saytında məlumat yayıb.

Partlayışdan sonra baş verən şiddətli yanğın nəticəsində boru kəmərinin yanında yerləşən iki avtomobil yanıb.

İnsan tələfatı barədə məlumat verilməyib.

"Pemex" dövlət neft-qaz şirkətinin işçiləri ərazidə yanacaq tədarükünü kəsiblər.

Son xəbərlər

Orphus sistemi