Yuxarı

​Meksikada baş vermiş qasırğa zamanı 49 nəfər həlak olub

Ölənlər əsasən Pueblo, Verakrus və İdalqo ştatlarının sakinləridir

Bakı. 10 avqust. REPORT.AZ/ Meksikada baş vermiş "Erl" tropik qasırğası zamanı həlak olanların sayı 49 nəfərə çatıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə mülki müdafiə qüvvələrinin milli koordinatoru Luiz Felipe Puente bildirib.

Onun sözlərinə görə, ölənlər əsasən Pueblo, Verakrus və İdalqo ştatlarının sakinləridir. Ən çox insan Puebloda həlak olub – 35 nəfər.

İtkin düşmüş insanların axtarışları hələ bitməyib. Xilasedicilər sürüşmə zonasında işlərini davam etdirirlər.

Puente qeyd edib ki, 35 nəfər hələ də itkin düşmüş sayılır.

Ölkə prezidenti Enrike Penya Nето Pueblo ştatının Uauçinanqo şəhərinin zərər çəkmiş rayonlarına səfər edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi