Meksikada baş verən partlayış zamanı onlarla insan xəsarət alıb

Digər ölkələr
  • 13 noyabr, 2022
  • 23:19
Meksikada baş verən partlayış zamanı onlarla insan xəsarət alıb

Meksikanın Huehuetoka şəhərində bazarda baş verən partlayış nəticəsində aralarında 6 uşaq olmaqla 29 nəfər xəsarət alıb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Partlayışın maye qaz balonunda sızma nəticəsində baş verdiyi ehtimal edilir.

Yaralıların bədənlərində 2-ci və 3-cü dərəcəli yanıq xəsarətlərinin olduğu bildirilir. Vəziyyəti ağır olan yaralılardan ikisi rayondan helikopterlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı istintaq aparılır.