Meksikada avtobusla yük avtomobili toqquşub, 11 nəfər ölüb, 15 nəfər yaralanıb - VİDEO

Digər ölkələr
  • 03 avqust, 2017
  • 09:46
Meksikada avtobusla yük avtomobili toqquşub, 11 nəfər ölüb, 15 nəfər yaralanıb - VİDEO

Bakı. 3 avqust. REPORT.AZ/ Meksikada avtobusla yük avtomobilinin toqquşması nəticəsində 11 nəfər ölüb, 15 nəfər yaralanıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, qəza avqustun 3-də Meksikanın Tamaulipas ştatında olub.

Avtobus yük avtomobili ilə toqquşduqdan sonra içindəki sərnişinlərlə birlikdə 100 metr dərinliyi olan dərəyə yuvarlanıb.

İlkin məlumata görə, içində 25 sərnişin olan avtobus ölkə paytaxtı Mexikoya doğru hərəkət edirmiş. 

Meksikada avtobusla yük avtomobili toqquşub, 11 nəfər ölüb, 15 nəfər yaralanıb - VİDEO

44 filmi