Meksikada amerikalı qadın diplomata qarşı soyğunçuluq edilib

Meksikada amerikalı qadın diplomata qarşı soyğunçuluq edilib Meksikanın paytaxtı Mexiko şəhərində ABŞ səfirliyinin qadın əməkdaşına qarşı soyğunçuluq edilib.
Digər ölkələr
3 Sentyabr , 2019 23:38
Meksikada amerikalı qadın diplomata qarşı soyğunçuluq edilib

Meksikanın paytaxtı Mexiko şəhərində ABŞ səfirliyinin qadın əməkdaşına qarşı soyğunçuluq edilib.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə "El Universal" qəzeti məlumat yayıb. Qeyd olunub ki, tapança ilə silahlanmış cinayətkar 61 yaşlı qadını hədələyərək təqribən 8 min dollar dəyərində olan "Rolex" markalı saatını zorla alıb və hadisə yerindən qaçıb.

Hadisə Mexiko şəhərinin şimal-qərbindəki Polanco bölgəsində baş verib. Hazırda faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Meksikalı müstəntiqlərə ABŞ səfirliyinin işçiləri kömək edir.

Eyni zamanda müstəntiqlərdə cinayətkarın görüntüsü, habelə onun qaçdığı avtomobil haqqında məlumat mövcuddur.

Mexiko Prokurorluğundan verilən məlumata görə, 2019-cu ilin yanvar-iyun ayları arasında şəhərdə baş verən soyğunçuluq faktlarının sayı 2018-ci ilin eyni dövrü ilə müqayisədə təxminən 30% artıb.

Son xəbərlər

Orphus sistemi