Meksikada qətlə yetirilmiş 7 nəfərin meyiti aşkarlanıb

Meksikada qətlə yetirilmiş 7 nəfərin meyiti aşkarlanıb Meksikanın cənubundakı Yukatan ştatında 7 nəfərin meyiti aşkarlanıb.
Digər ölkələr
27 İyun , 2022 06:49
Meksikada qətlə yetirilmiş 7 nəfərin meyiti aşkarlanıb

Meksikanın cənubundakı Yukatan ştatında 7 nəfərin meyiti aşkarlanıb.

Bu barədə “Report” xarici KİV-ə istinadən xəbər verir. Məlumata görə, meyitlər Çikinçonot rayonunda tapılıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, öldürülənlərin hamısı başlarından güllə yarası alıb.

Qeyd edək ki, narkokartellərin təsir zonaları uğrunda mübarizə apardığı Meksikada bu cür qanlı hadisələr tez-tez baş verir.

Son xəbərlər

Orphus sistemi