Meksikada 7,5 maqnituda gücündə zəlzələ baş verib

Meksikada 7,5 maqnituda gücündə zəlzələ baş verib Dağıntı və tələfat barədə məlumat yoxdur
Digər ölkələr
17 fevral 2018 00:11
Meksikada 7,5 maqnituda gücündə zəlzələ baş verib

Bakı. 17 fevral. REPORT.AZ/ Meksikanın cənub ştatı Oaxakada 7,5 maqnituda gücündə zəlzələ baş verib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidmətinin saytında məlumat yerləşdirilib.

Yeraltı təkanların ocağı yerin 43 km dərinliyində yerləşib. Dağıntı və tələfat barədə məlumat yoxdur.

Orphus sistemi