Meksikada 13 ildə 68 min insan itkin düşüb

Meksikada 13 ildə 68 min insan itkin düşüb Meksikada narkokartellərə qarşı müharibənin başladığı 2006-cı ildən 2019-cu ilə qədər 13 il müddət ərzində 60 mindən çox insan itkin düşüb.
Digər ölkələr
7 yanvar 2020 02:01
Meksikada 13 ildə 68 min insan itkin düşüb

Meksikada narkokartellərə qarşı müharibənin başladığı 2006-cı ildən 2019-cu ilə qədər 13 il müddət ərzində 60 mindən çox insan itkin düşüb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin başçının müavini Alexandro Ensinas bildirib.

Hakimiyyətin hesabatında göstərilmiş rəqəm demək olar ki, Meksikada 1964-dən 2019-cu ilə qədər yoxa çıxan insanların ümumi miqdarının 97,5 faizini təşkil edir.

Bundan başqa, təxminən daha 8 min insanın yoxa çıxmasının tarixi naməlumdur.

Hökumətin hesabatını əhatə etdiyi 50-dən çox il ərzində itkin düşənlərin ən böyük sayı Tamaulipas (şimal-şərq) ştatının payına düşür. Bu ştatda 10032 nəfərdən hələ də xəbər yoxdur. Təhlükəli olmasına sörə ikinci yerdə Halisko ştatı qərarlaşıb. Bu ştatda 9286 nəfər yoxa çıxıb.

Son illər Meksikada ABŞ-a kokain daşınmasına nəzarət etmək uğrunda narkokartellərin qarşıdurması nəticəsində yaranan zorakılıq dalğası baş qaldırıb. 2018-ci ildə ölkədə rekord sayda qətl hadisəsi qeydə alınıb. Təhlükəsizlik Nazirliyi bu rəqəmin 33,3 mindən çox olduğunu bildirib. Bu göstərici 2017-ci ilin də rəqəmlərini (31,2 min qətl) üstələyib. 

Son xəbərlər

Orphus sistemi