Meksika körfəzində 168 min barel neft daşıyan tankerdə partlayış baş verib
Digər ölkələr
- 26 sentyabr, 2016
- 07:09
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 26 sentyabr. REPORT.AZ/ Meksika körfəzində 168 min barel xam neft daşıyan "El Burgos" tankerində partlayış baş verib.
"Report" Türkiyənin NTV televiziyasına istinadən xəbər verir ki, hadisə ölkənin Verakruz limanı yaxınlarında baş verib.
Partlayışdan sonra tankerdə yanğın başlayıb. Yanğını söndürmək üçün hadisə yerinə cəlb olunan yanğınsöndürənlər tankerin 31 nəfərlik heyətini xilas edib.
Məlumata görə, partlayışın baş vermə səbəbi məlum deyil.
Tankerin Meksikanın "Pemeks" dövlət şirkətinə məxsus olduğu bildirilib.
Son xəbərlər
03:00
Böyük Britaniyadan olan ər-arvad Mərakeşdəki hoteldə həyatını itirib
Digər ölkələr
02:32
Kamışevaxaya endirilən zərbə nəticəsində ölənlərin sayı 26-ya çatıb - Yenilənib-2
Digər ölkələr
02:22
Tramp neftin ucuzlaşmasını İranla mümkün sülhlə əlaqələndirib
Digər ölkələr
01:57
ÜST Efiopiyanın şimalında səhiyyə sisteminin çökmə təhlükəsi barədə xəbərdarlıq edib
Digər ölkələr
01:21
Cey Di Vens ABŞ-İran danışıqlarında irəliləyiş olduğunu bildirib - Əlavə olunub
Digər ölkələr
01:16
İranın Qeşm adasında partlayış səsləri eşidilib
Region
00:42
Xameneinin yeri təhlükəsizliklə bağlı gizli saxlanılır
Region
00:30
Azərbaycanın Kanadadakı səfirliyinin Konsulluq bölməsi iki gün fəaliyyət göstərməyəcək
Xarici siyasət
00:19
Fransada məhbusların sayı rekord həddə — 90,9 min nəfərə çatıb
Digər ölkələr