Meksikanın paytaxtı Mexikoda ABŞ və Meksikanın yüksəkvəzifəli nümayəndələrinin miqrasiya və təhlükəsizlik məsələlərini müzakirə etmək üçün keçirilən iclasında Meksika tərəfi ABŞ-nin sərhəddə divarın yeni hissələrini tikmək planlarını qəbuledilməz hesab edib.
“Report”
Meksikadan ABŞ-yə keçən insanların sayının artması fonunda Birləşmiş Ştatlar Tramp administrasiyasına özgün siyasəti irəli sürərək Texas ştatının Starr dairəsində sərhəd divarına əlavə hissələr tikəcəyini açıqlayıb.
Danışıqlarda rəsmilər narkotiklərin qanunsuz dövriyyəsi, mütəşəkkil cinayətkarlıqla mübarizə və sərhəddə miqrasiya təzyiqlərini azaltmaq üçün əməkdaşlığı gücləndirməyi vəd ediblər. Daha sonra Meksikanın xarici işlər naziri Alisia Barsena Meksikanın divarla razı olmadığını vurğulayıb.
“Biz divarlara deyil, körpülərə inanırıq”, - Barsena Blinken və Mayorkasla birgə mətbuat konfransında bildirib.
Lopes Obrador ABŞ Prezidenti Cozef Baydenin administrasiyası dövründə daha çox sərhəd divarı tikmədiyinə görə tərifləyib. Bu əngəl Donald Trampın prezidentliyi dövründə ABŞ və Meksika arasında əsas mübahisə mövzusu olub.
ABŞ hökuməti Baydenin divara əleyhinə olmasında heç nəyin dəyişmədiyini, sadəcə 2019-cu ildə Trampın dövründə ayrılan pulların indi xərclənməli olduğunu izah edib.
Barsenanın fikrincə, sözügedən vəsaitin sırf divarın ucaldılmasına xərclənməsi məcburi deyil:
“Mən başa düşürəm ki, bu, divarlar vasitəsilə olmayacaq, bu, texnologiyalar vasitəsilə olacaq, digər növ qurğular vasitəsilə olacaq”.
Onun sözlərinə görə, ABŞ nümayəndə heyəti büdcə vəziyyətini izah edib və bu tədbirlərin yeni siyasəti təmsil etmədiyini açıqlayıb.
Xatırladaq ki, daha öncə Bayden Ağ evin Konqresin müvafiq qərarından sonra Texasın cənub hissəsində ABŞ-Meksika sərhədində divarın tikintisi üçün federal vəsaitin ayrılmasını dayandıra bilməyəcəyini etiraf edib.