Yuxarı
    Bağlamaq

    Məkkədə dünyanın ən böyük mehmanxanası tikiləcək

    12 qüllədən ibarət oteldə 10 min otaq, 70 restoran, konfrans zalları və supermarketlər yerləşəcək

    Bakı. 18 may. REPORT.AZ/ Səudiyyə Ərəbistanının Məkkə şəhərində 2017-ci ilədək dünyanın ən böyük mehmanxanasının tikilməsi planlaşdırılır. 

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, 12 qüllədən ibarət oteldə 10 min otaq, 70 restoran, konfrans zalları və supermarketlər yerləşəcək. Otelin 10 qülləsində xidmət "dörd ulduz", geri qalan iki qüllədə isə "beş ulduz" səviyyəsində olacaq. Mehmanxananın damında helikopter meydançası da nəzərdə tutulub.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi