Məhkəmə transgenderlərin ABŞ ordusunda xidmət etməsinə icazə verib

Məhkəmə transgenderlərin ABŞ ordusunda xidmət etməsinə icazə verib Qərar 1 yanvar 2018-ci ildən qüvvəyə minəcək
Digər ölkələr
12 Dekabr , 2017 02:58
Məhkəmə transgenderlərin ABŞ ordusunda xidmət etməsinə icazə verib

Bakı. 12 dekabr. REPORT.AZ/ ABŞ-ın Kolumbiya dairə məhkəməsi prezident Donald Trampın transgenderlərin orduda xidmət etməsinə qoyduğu qadağanı ləğv edib.

“Report” "The Hill" nəşrinə istinadən xəbər verir ki, beləliklə, cinslərini dəyişmiş amerikalılar orduda xidmət edə biləcəklər.

Qərar 1 yanvar 2018-ci ildən qüvvəyə minəcək.

Tramp 2017-ci ilin avqustunda transgenderlərin silahlı qüvvələrdə xidmətinə qadağanı bərpa edib. Bundan əvvəl onu ABŞ-ın 44-cü prezidenti Barak Obama ləğv etmişdi.

Son xəbərlər

Orphus sistemi