"ABŞ İranın bir daha nüvə silahı istehsal etməyəcəyinə zəmanəti nəzərdə tutan yeni sazış imzalamağa hazırdır".
“Report” “Rheinische Post”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib.
“Biz ilkin şərtlər irəli sürmədən danışıqlar aparmağa hazırıq. İran dünyaya təhlükə yaradacaq nüvə silahının istehsalı üçün şərat inkişaf etdirməyəcəyi barədə zəmanət verməyə hazır olsa, biz onlarla saziş imzalamağa hazırıq”, – dövlət katibi deyib.
O, 2015-ci ildə İranla imzaladıqları sazişə toxunaraq, Prezident Donald Trampın fikrincə, bu sazişin İranın nüvə silahına sahib olmasına “bilavasitə” səbəb yaradacağını vurğulayıb.
“Mən də eynilə bu fikirdəyəm. Bunu qəbul etmək mümkün olmadığına görə həmin sazişdən çıxdıq... Bundan əlavə, İrandan başqa, həm də Almaniyada, Avropanın mərkəzində təhdidlərin gəlməsinə göz yuma bilmərik. İran raket proqramını genişləndirir, dünyanın hər yerində öz “Hizbullah” hərəkatının üzvlərini yerləşdirir, Avropada hücumlar hazırlayır”, – Ağ ev rəsmisi bu mənada nüvə sazişinin hər hansı dəyişiklik yaratmadığını vurğulayıb.