Mavritaniyada qanunsuz miqrantlar saxlanılıb

Digər ölkələr
  • 28 sentyabr, 2019
  • 13:38
Mavritaniyada qanunsuz miqrantlar saxlanılıb

Mavritaniyanın Nuadibu limanında Avropaya getmək istəyən 100-dən artıq qanunsuz miqrant saxlanılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, Sahil Mühafizəsi Xidməti, polis və jandarmanın müştərək əməliyyatı nəticəsində Afrikanın müxtəlif ölkələrindən gələrək Avropaya üz tutan miqrantlar vətənlərinə geri qaytarılıb.

Qeyd edək ki, Atlantik okeanın sahilində yerləşən Nuadibu limanı on ildən artıqdır Afrikanın müxtəlif ölkələrindən Avropaya köçmək istəyənlərin toplaşaraq qayıq, kater və s. təsadüfi vasitələrlə ya Avropa sahillərinə, ya da İspaniyaya məxsus Kanar adalarına üz tutanlar üçün mühüm dayanacaq nöqtəsidir.