Bakı. 20 fevral. REPORT.AZ/ Afrika dövləti Mavritaniyanın paytaxtı Nuakşot ətrafında yerləşən Dar Naim şəhərinin həbsxanasından ən azı 40 məhbus qaçıb.
“Report” xəbər verir ki, yerli məmurların sözlərinə görə, onların hamısı paytaxtdan kənara çıxıb.
Dustaqlardan 7 nəfərini təcridxanaya geri qaytarmaq mümkün olub.
İlkin məlumatlara görə, qaçış fevralın 20-si səhər saatlarında, mühafizəçilər növbələrini dəyişən zaman baş verib.