Bakı. 16 mart. REPORT.AZ/ Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Marko Rubio öz kampaniyasını başa vurub.
"Report" "CBS News"a istinadən xəbər verir ki, Rubio öz bəyanatını senatoru olduğu Florida ştatında məğlubiyyətdən sonra verib.
Senator qeyd edib ki, o, 2016-cı ildə prezident ola bilməyəcək. O bildirib ki, əgər Allahın izni olmasa, o, heç vaxt ölkəyə rəhbərlik edə bilməyəcək.
Florida ştatında keçirilən praymerizdə Hillari Klinton və Donald Tramp qalib gəlib.